Kaspi Təhsil Mərkəzi haqqında

Əziz dostlar!

Kaspi Təhsil Mərkəzi olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Kaspi Təhsil Mərkəzinin hədəfi Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən yüksək keyfiyyət standartlarlı və eyni zamanda milli dəyərlərimizə yüksək hörmət və ehtiram əsasında fəaliyyət göstərən bir təhsil kompleksi qurmaqdır.

Hal-hazırda Kaspi Təhsil Mərkəzi aşağıdakı təhsil xidmətləri ilə fəaliyyətdədir:

  • Kaspi Kids - Uşaqların məktəbəqədər hazırlığı
  • Kaspi Abituriyent - Abituriyentlərin universitetə hazırlığı
  • Kaspi Magistr - Magistratura pilləsinə qəbul olunmaq üçün tələbələrin hazırlığı
  • Kaspi Poliqlot - Xarici dillər üzrə hazırlıq
  • Kaspi Global - Xaricdə təhsil üzrə məsləhət xidmətləri
  • Kaspi Professional - Kompüter proqramları üzrə hazırlıq

Xidmətlərimizi sizə daha yaxın ərazidə təklif edə bilmək üçün Bakı və Sumqayıt şəhərlərində 6 müxtəlif mərkəzdə fəaliyyət göstəririk. İndi Kaspi Təhsil Mərkəzi Əhmədli, Xətai, Nərimanov, Elmlər, İnşaatçılar metrolarının yaxınlığında və Sumqayıt şəhərində sizin xidmətinizdədir.

Sizə həyatınızın hər mərhələsində uğurlar arzulayırıq və xidmətlərimizlə sizin və ya övladınızın yaxşı təhsil almasına yardımçı olmağa daim hazırıq.

Kaspi Təhsil Mərkəzi uğurlu gələcəyin açarıdır!

www.kaspi.edu.az

 

1